“Belə etsəniz, Messi yığmada oynamaqdan imtina edəcək”
15.06.2012 - 12:34
Son 3 ildə dünyanın yaxşı futbolçusu seçilən argentinalı Lionel Messi vətənində növbəti tənqidlərə məruz qalıb. Apasport.az saytının məlumatına görə, bu ölkənin mətbuatı “Barselona”nın 25 hücumçusunun Argentinanın himnini bilməməkdə və buna görə onu oxumamaqda günahlandırır.
Məsələyə qarışan əfsanəvi argentinalı futbolçu Dieqo Maradona həmişəki kimi, gənc həmkarının müdafiəsinə qalxıb. O, himnlə bağlı söhbətləri qurtarmağın lazım olduğunu bildirib: “Əgər Messini tənqid etməkdə davam etsəniz, o, ümumiyyətlə, Barselonada qalacaq və milli komandada oynamaqdan imtina edəcək. Lionelin mənim və Bredd Pitinin siması kimi liderlik keyfiyyətləri olmayacaq. Nə olsun? Messi argentinalıdır və onu müdafiə etmək lazımdır. Əgər Allah izn verərsə, o, bizə dünya çempionluğu bəxş edəcək”.
Qeyd edək ki, son dünya çempionatında Messinin yığmada baş məşqçisi olan 52 yaşlı Maradona hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vəsl” klubunu çalışdırır.

0
0