“Xəzər Lənkəran”ın Avstriyadakı planlarında dəyişiklik baş verib
15.06.2012 - 15:59
“Xəzər Lənkəran”ın Avstriyadakı hazırlıq planlarına daxil olan yoxlama oyunlarının qrafikində dəyişiklik baş verib. Komandanın rəisi Səməd Mustafayev apasport.az saytına açıqlamasında iyunun 18-də keçirilməyi nəzərdə tutulan yoxlama oyununun baş tutmayacağının gözlənildiyini bildirib.
Mustafayevin sözlərinə görə, Almaniya və ya Avstriya təmsilçisi ilə matçın planlaşdırıldığı həmin gün ümumiyyətlə, oyun keçirməyəcəklər: “Bu da bəzi futbolçularımızın həmin gün Avstriyada səfirliyi viza məsələlərinə əlaqədar gedəcəkləri ilə bağlıdır. Bu, legionerlərin Azərbaycan vizaları ilə əlaqədardır. Onların gedişi ilə komandamızda futbolçuların sayı az olacaq. Buna görə də həmin günə nəzərdə tutulan yoxlama oyununu təxirə salmağı düşünürük. İyunun 20-də Kiyev “Dinamo”sunun əvəzediciləri, 24-də 27-də adları hələ dəqiqləşməyən komandalarla oyunlar qüvvədə qalır”.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın Avstriyada ilk yoxlama oyunu bu gün Almaniyanın III divizion təmsilçisi ilə olacaq.
Mehman SÜLEYMANOV

0
0