Yunis Hüseynov portuqaliyalı futbolçunu sınayacaq
15.06.2012 - 16:50
“İcarədən qayıdan portuqaliyalı futbolçumuz Joao Pinto düşərgəmizdədir. Onun gələcək taleyinə baş məşqçimiz Yunis Hüseynov qərar verəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın rəisi Səməd Mustafayev deyib. Kiprin “Apollon” klubundan icarədən qayıdan portuqaliyalı hücumçu Joao Paulo Pinto Ribeyru müqavilə ilə məxsus olduğu “Xəzər Lənkəran”ın Avstriyadakı hazırlığına qatılıb.
Mustafayevin sözlərinə görə, baş məşqçiləri Yunis Hüseynov 32 yaşlı legioneri bu gün sınayacaq: “Almaniyanın III divizion təmsilçisi ilə bugünkü yoxlama oyununda Joao Pintonun iştirakı gözlənilir. Yunis müəllimin onu sınaqdan keçirmək imkanı yaranıb və bunu edəndən sonra qərarını verəcək. Ola bilər ki, iyunun 20-də keçirəcəyimizyoxlama matçında bir daha sınadı. Hər halda, bugünkü oyundan sonra Hüseynovla oturub, portuqaliyalının gələcək taleyi ilə bağlı məsələni müzakirə edəcəyik”.
Qeyd edək ki, “Xəəzr Lənkəran”ın ötən yay transfer etdiyi hücumçu hələ 1 il ona məxsusdur.
Mehman SÜLEYMANOV

0
0