“Bakı” yeni əcnəbi məşqçinin yolunu gözləyir
15.06.2012 - 16:37
“Bakı” klubu yeni əcnəbi məşqçinin yolunu gözləyir. Komandanın baş məşqçisi Novruz Əzimov apasport.az saytına açıqlamasında rəhbərlik etdiyi məşqçilər korpusunda daha bir çalışdırıcının yer alacağını bildirib. Əzimovun sözlərinə görə, həmin yeni köməkçisi Yunanıstandan gələcək: “Bildiyiniz kimi, əvəzedici heyətimizin baş məşqçisi Qəhrəman Əliyev bir neçə gün öncə əsas komandamızda işə başlayaraq, köməkçim oldu. Rafael Əmirbəyovla qapıçılarla işləyən makedoniyalı Muarem Zekiri məşqçilər korpusunda yer alıb. Daha bir köməkçim isə fiziki hazırlıq üzrə olacaq. Bu, Yunanıstandan Konsantinosdur və bir-iki günə gəlməlidir. Onu bizə yaxında idman direktoru təyin olunan Bojidar Bandoviç məsləhət görüb və haqqında yüksək fikirdədir. Onu Yunanıstanda birgə işlədiyi dövrdən tanıyaraq, məsləhət görüb”.
Qeyd edək ki, Bandoviçin Yunanıstanda “Olimpiakos” daxil olmaqla, bir sıra klublarda işləyib və bu ay “Bakı”da işinə başlayıb. Onun məsləhət gördüyü məşqçinin gəlişi ilə ölkəmizdə ilk yunan mütəxəssisin çalışmağı reallaşacaq.
Mehman SÜLEYMANOV

0
0