Yığmamız “Sumqayıt”ı darmadağın etdi
15.06.2012 - 17:00
Yığmamız “Sumqayıt”ı darmadağın etdi
Bu gün AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Sumqayıt” klubunun nəzdindəki U-15 və U-16 komandalarının üzvlərindən təşkil olunmuş komanda ilə yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, matç 11:2 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Millimizin heyətində Baxşəli Baxşəliyev 4 qol vurub. Azər İsmayılov və Pilağa Mehdiyev dubl edib. Kamran Əliyev, Turan Manafov və Oruc İsmayılov hərəyə 1 dəfə fərqlənib.

Mənbə: affa.az