Novruz Əzimov: İki legionerin transferini həll etmişik
15.06.2012 - 17:18
“İki yeni legionerin keçidini demək olar həll etmişik. Onlarla rəsmi müqavilə bağlamağımız qalıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı”nın baş məşqçisi Novruz Əzimov deyib. Azərbaycan kubokunun son qalibi mövsümlərarası fasilədə 2 futbolçunu transfer edib. Bunlar uzun fasilədən “zolaqlılar”ın heyətinə qaytardığı yarımmüdafiəçi Ramazan Abbasovla Boliviya yığmasının sağ cinah müdafiəçisi Edemir Rodrigesdir.
Əzimovun sözlərinə görə, daha 2 yeni futbolçunu transferini həll ediblər: “Onlarla müqavilə bağlayıb, keçidlərini rəsmiləşdirəndən sonra adlarını açıqlayacağıq. Onu deyə bilərəm ki, biri qapıçı, digəri sol cinah müdafiəçisidir. Azərbaycana gəlmələrini və bunun üçün miqrasiya ilə bağlı məsələlərin həllini gözləyirik. Onlar ilk olaraq Bakıya gəlməlidir ki, müqavilə bağlayaq. Bununla “Bakı”nın futbolçuları olmaları rəsmiləşəcək və müqavilələrin nüsxələri müvafiq olaraq Peşəkar Futbol Liqasına, UEFA-ya göndəriləcək. Leginerlərin keçidlərinin rəsmiləşməyi ilə onları Avroliqa oyunları üçün sifariş edib, iştirak ərizəmizə daxil edə biləcəyik. Yeni legionerlərimiz müqavilələr imzalayandan sonra Sloveniyadakı təlim-məşq toplanışımıza qatılacaqlar”.
Məlum olduğu kimi, “Bakı” Kolumbiya yığmasının qapıçısı Luis Enrike Martines Rodrigeslə maraqlananaraq, danışıqlar aparırdı. Ancaq “Bakı”nın çalışdırıcısının sözlərinə görə, vətənində “Once Kaldas”da oynayan təcrübəli qapıçının keçidi baş tutmayıb: “Onun məsələsi çox uzandı. Hələ mayın 21-dən danışıqlara başlasaq da, həllini tapmırdı. Bizim isə vaxtımız azdır və Avroliqa oyunlarına tam heyətlə hazırlaşmalıyıq. Buna görə də kolumbiyalı qapıçının məsələsinin bağlandığını demək olar. Yeni qapıçı Polşadan da deyil, başqa ölkədəndir. Bizə kömək edə biləcək yaxşı səviyyəli qapıçı olmalıdır”.
Mehman SÜLEYMANOV

0
0