8 vəsiqəyə 14 iddiaçı qaldı
16.06.2012 - 10:00
Polşa və Ukraynada keçirilən AVRO-2012-nin final mərhələsinin qrup oyunlarında II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, arxada qalan 16 qarşılaşma 1/4 finalçılardan heç birinin adına aydınlıq gətirməyib.
Sonuncu tur ərəfəsində 8 vəsiqəyə iddiaçıların sayı isə azalıb. Belə ki, C qrupunun uğursuzu İrlandiyanın ardınca İsveçin də qrupda qalacağı rəsmiləşib. Ardıcıl 2-ci məğlubiyyətini İngiltərədən alan skandinaviyalılar sonuncu matçdan asılı olmayaraq 1/4 final arzusu ilə vidalaşıb.
Bununla da 1/4 finalda oynayacaq 8 xoşbəxt sırasına düşməyə 14 namizəd iddia edir.

0
0