Mourinyo qəzəbləndi: İspaniya yığması “Barselona” deyil
16.06.2012 - 11:36
Mourinyo qəzəbləndi: İspaniya yığması “Barselona” deyil
“İspaniya milli komandasının oyunundan danışanda “Barselona”nıən adını çəkirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Mourinyo deyib.

Portuqaliyalı mütəxəssis AVRO-2012-nin gedişi zamanı İspaniya yığmasının oyununun “Barselona” klubununku ilə eyniləşdirilməsinə sərt etirazını bildirib: “Amma əslində isə belə deyil. Axı yığmada “Real”ın 5 futbolçusu var. Başa düşə bilmirəm ki, niyə bir şeyi başqası ilə qarışdırırlar. İspaniya yığması “Barselona” deyil”.