“Kəpəz”in “11-liy”i
16.06.2012 - 14:10
“Kəpəz”in “11-liy”i
Bu günlərdə yenidən bir araya gələcək “Kəpəz” növbəti mövsüm üçün heyətin formalaşdırılması istiqamətində işlərə start verib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Fuad İsmayılov ötən mövsümdə "Kəpəz"in uğurları üçün mübarizə aparmış 11 futbolçunu yenidən sərəncamında görmək istəyir.

Bunlar qapıçılar Xəyal Zeynalov və Tural Abbaszadə, futbolçular Şahin Kərimov, Azər Məmmədov, Əli İsmayılov, Renat Sultanov, Ceyhun Əhmədov və Pərvin Paşayevdir. Baş məşqçi legionerlərdən yalnız 3-ü - Yuri Fomenko, Nikolay Svejentsev və Armando Feutçine ni heyətdə görmək istəyir.

"Kəpəz"in baş məşqçisi ötən mövsüm əvəzedicilərin heyətində özünü yaxşı tərəfdən göstərmiş 4 futbolçunu - Emin Əliyev, Məhərrəm Hüseynov, Elvin Həsənquliyev və Təbriz Hüseynlini də əsas heyətə dəvət edib.

Qeyd edək ki, iyunun 17-dən etibarən komanda bir araya gələcək və yaxın günlərdə 8-10 yeni futbolçu baxış üçün "Kəpəz"in məşqlərinə qatılacaq. Onların bəzisi artıq Bakıda tibbi müayinədən keçirlər.

Mənbə: pfl.az