Abbasov yenidən “Simurq”da
21.06.2012 - 08:26
Abbasov yenidən “Simurq”da
"Simurq" klubu müqaviləsinin müddəti başa çatdığına görə komanda ilə yollarını ayıran Rüstəm Abbasovu yenidən heyətə qaytarıb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm qış fasiləsindən sonra "İnter"dən icarə əsasında transfer olunan gənc müdafiəçi “sarı-qaralar”la bir illik müqaviləyə imza atıb. 12 qarşılaşmada forma şansı əldə edən 21 yaşlı futbolçu növbəti mövsümün sonuna qədər yenidən "Simurq"un uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, "Simurq" heyətindəki daha bir futbolçunun da müqaviləsin yeniliyib. Uzun müddətdir komandada forma geyinən Rüstəm Məmmədov da növbəti mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq.