Türkiyədə 3 oyun
21.06.2012 - 08:53
Türkiyədə 3 oyun
Zaqatalanın “Simurq" klubu təlim-məşq toplanışının birinci hissəsini başa vurmaq üzrədir. Apasport.az saytının məlumatına görə, iyunun 15-dən bir araya gələn və ertəsi gündən məşqlərə başlayan Zaqatala təmsilçisi gündə iki dəfə olmaqla hazırlıq prosesini davam etdirir. Əsasən fiziki hazırlıq üzərində çalışan Georgi Çixradzenin yetirmələri iyunun 22-dək təlim-məşq toplanışını davam etdirəcək.

Bir günlük istirahətdən sonra "Simurq" hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. İyulun 6-na qədər Kartəpə istirahət zonasında qalacaq komanda burada 3 yoldaşlıq görüşü keçirdəcək. Hələlik rəqiblərin kim olacağı müəyyənləşməsə də, baş məşqçi Georgi Çixradze burada bir çox yerli və legioner futbolçuları baxışdan keçirdəcək. Daha sonra vətənə qayıtmağı planlaşdıran komandamız hazırlığın növbəti mərhələsini Zaqatalada davam etdirəcək.