Ölkə kubokunun qalibi Avropa Liqasına buraxılmadı
21.06.2012 - 09:25
Ölkə kubokunun qalibi Avropa Liqasına buraxılmadı
UEFA püşkatması iyunun 25-də keçiriləcək avrokubokların iştirakçıları ilə bağlı qərar verib. Apasport.az saytının məlumatına görə, Avropa futbol qurumu Çexiya kubokunun qalibi “Siqma”nı Avropa Liqasına buraxmamağı qərara alıb. Turnirin III təsnifat mərhələsindən mübarizəyə başlamalı olan Olomouts təmsilçisi turnirdə iştirak etməyəcək.

Buna səbəb “Siqma”nın ötən yay ağır cəza almasıdır. Hesabından 9 xal silinən və 164 min avro cəzalanan Çexiya təmsilçisi adı ləkələndiyi üçün Avropa Liqasında da oynamayacaq.

“Siqma” həmin cəzanı isə 2009-cu ildə”Bohemians”a rüşvət təklif etdiyi üçün almışdı. Buna səbəb isə həmin qarşılaşmadakı qələbə Avropa Liqasına vəsiqəni təmin etmək üçün yetərli idi.