“Bakı və “Neftçi” ilə bağlı yalnız xoş xatirələrim qalıb” - MÜSAHİBƏ
21.06.2012 - 10:28
Kiyev “Dinamo”sunun qapıçılarla işləyən məşqçisi Mixail Mixaylovun apasport.az saytının Avstriyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Siz SSRİ dövründə “Neftçi”də oynamısız. Həmin dövrü necə xatırlayırsız?
- Mənə “Neftçi”də oynamaq xoş idi. Komandada gözəl ab-hava vardı. İnsanlar mehriban idi və həmin 1 ili orada böyük məmnuniyyətlə keçirdim. “Neftçi”də oynamış bir sıra futbolçularla dostluq münasibətlərim var.
- Bakıda kimləsə əlaqə saxlayırsızmı?
- Futbolda, xaricdə hansısa belə bir yoldaşlıq görüşündə bir-birimizlə qarşılaşırıq. Həmin zaman ünsiyyət qurmaq imkanımız olur. O vaxt komandada masajçı işləyən Faiq Hüseynovla tez-tez danışaram. Faiq hazırda Dubayda işləyir və yeni ili orada birgə keçirdik. Bir sözlə, Bakı və “Neftçi” ilə bağlı yalnız xoş xatirələrim qalıb.
- Vaxtı ilə belə bir informasiya yayılmışdı ki, Kiyev “Dinamo”su “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev transfer etmək istəyir. Bu, doğrudurmu?
- Xeyr. Bizim hətta belə bir söhbətimiz olmayıb.
- Ağayevin “Dinamo” ilə oyununu necə qiymətləndirərdiniz? Buraxılan qolda onun səhvi vardımı?
- Qapıya vurulan zərbə sıçrayışla gəldi. Buna görə də ola bilsin ki, Kamrana topu tutmaq çətin idi. Topun onun əlindən çıxması səbəbindən qol vurduğumuzu hesab edirəm. Belə zərbələr qapıçılar üçün arzuolunmaz sayılır.
- Avropa çempionatında Ukrayna millisinin oyunu barədə nə deyə bilərsiz?
- Yığmamızın oyununa görə çıxışı yetərincə yaxşı alındı. Həm İsveçə qalib gəldiyimiz ilk, həm də İngiltərəyə uduzduğumuz son matç onu göstərdi ki, meydanda yaxşı təsir bağışladıq. İngilislərlə qarşılaşmada lazımı nəticəni qazana bilərdik, ancaq gördüyünüz kimi hakim təmiz qolumuzu saymadı. Həmin vaxt üstünlüyə malik idik və qol hesaba alınsaydı, nəticə fərqli ola bilərdi. Hətta qələbə də qazanmağımız real idi. Ancaq ümumilikdə götürdükdə, Ukrayna yığmasının oyununu yaxşı qiymətləndirirəm.
- “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovla söhbətiniz oldu. Sirr deyilsə, nə haqda danışırdınız?
- “Neftçi”də bir yerdə oynadığımız dövrü xatırladıq, indiki komandası haqda məlumatlandım. Hazırlıq prosesinizlə maraqlandım. Bilirəm ki, “Xəzər Lənkəran”ın iyulun 5-də avroliqada ilk oyunu var, uğurlar arzuladım. Hüseynov da bizim hazırlıq prosesimizlə maraqlandı. Yəni ümumi mövzular haqda fikir mübadiləsi apardıq.

0
0