“Neftçi”nin uğurları üçün əlimdən gələni edəcəyəm” - FOTO
21.06.2012 - 12:34
“Neftçi”nin uğurları üçün əlimdən gələni edəcəyəm” - FOTO
“Peşəkar karyerama vətənim Braziliyanın "Korintians" klubunda başlamışam. Daha sonra “Qrasshoppers” klubunda Avropa təcrübəsi yaşadım. Eyni zamanda Braziliyanın gənclərdən ibarət yığmasının da üzvüyəm”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Bruno Bertuççi deyib.

O, klubunun saytına verdiyi açıqlamasında iddialı danışıb: “Neftçi”yə transferimlə bağlı onu deyə bilərəm ki, böyük tarixi olan bir kluba gəlmişəm. Komandamız Çempionlar Liqasında mübarizə aparacaq. “Neftçi”nin uğurları üçün əlimdən gələni edəcəyəm”.