“Xəzər Lənkəran” daha 2 legioneri geri qaytardı
21.06.2012 - 12:36
“Xəzər Lənkəran” daha 2 legioneri geri qaytardı
Avstriyada hazırlığını davam etdirən “Xəzər Lənkəran” daha 2 futbolçudan imtina edib. Apasport.az saytının məlumatına görə, baxışda olan xorvatiyalı yarımmüdafiəçi Elvis Saliçlə bosniyalı hücumçu Yusuf Dajiç geri qaytarılıb. Onların mövcud durumları məşqçilər korpusunu razı salmadıqlarından, sınandıqları Kiyev “Dinamo”su ilə yoxlama oyunundan sonra geri göndərilib.

Qeyd edək ki, “Xəzər Lənkəran” Avstriyaya baxışa çağırdığı hollandiyalı və yaponiyalı hücumçuları bəyənməyərək, geri qaytarmışdı.