Gürcüstanın əfsanəvi futbolçusu dünyasını dəyişdi
21.06.2012 - 12:45
Gürcüstanın əfsanəvi futbolçusu dünyasını dəyişdi
Gürcüstanın əfsanəvi futbolçusu Ramaz Şengeliya vəfat edib. Apasport.az saytının məlumatına görə, ötənlərin məşhur hücumçusu 55 yaşında dünyasını dəyişib. Tiflis “Dinamo”sunda çıxışı ilə tanınan Ramaz SSRİ çempionatında 283 oyunda 120 qol vurub. O, doğma komandasında 1978-ci ildə SSRİ çempionluğunu, 1 il sonra SSRİ kubokunu, 1981-ci ildə Kuboklar Kubokunu qazanıb.

Şengeliya 1981-ci ildə həm SSRİ ən yaxşı futbolçusu, həm də 23 qolla SSRİ çempionatının bombardiri olub. 1978-ci ildə də SSRİ-nin ən yaxşı futbolçusu seçilən hücumçu bu ölkənin yığmasında 1979-83-cü illərdə oynayıb və 26 matçda 10 qol vurub.