Bolqarıstan klubu “Neftçi”yə rəqib ola bilər
21.06.2012 - 13:26
Bolqarıstan klubu “Neftçi”yə rəqib ola bilər
Bolqarıstanın MOİK klubu Türkiyədə keçəcəyi təlim-məşq toplanışında potensial rəqiblərinin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Stoyço Mladenov Boludakı hazırlıq prosesində Azərbaycan, Serbiya, İran və Rumıniya təmsilçiləri ilə yoxlama oyunu keçirməyi planlaşdırır.

Burada isə hazırda təlim-məşq toplanışında olan komandamız Premyer Liqanın son qalibi “Neftçi”dir. Kurort şəhərinə iyunun 26-da gələcək Sofiya təmsilçisi yerindəcə rəqiblərini dəqiqləşdirərək, yekun qərar verəcək.