“Benfika”nın sabiq futbolçusu “Neftçi”də
21.06.2012 - 16:00
“Benfika”nın sabiq futbolçusu “Neftçi”də
“Həftəsonu Türkiyəyə yollanacağam. Orada hazırlıq keçən “Neftçi”nin düşərgəsinə qoşulub yeni komandamla hazırlıq keçəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çili milli komandasının futbolçusu Niko Kanalis deyib.

Vaxtilə ölkəsinin U-20 yığması ilə DÇ-2005-də iştirak edən 27 yaşlı hecumçu karyerasını Azərbaycanda davam etdirəcəyini açıqlayıb. Bunadək vətənində “Universidad de Çili”, “Union Espanyol”, “Kobresal”, “Palestino”, Portuqaliyada “Benfika”, “Oportu”, Rumıniyada “Kluj”da oynamış Kanalis “Neftçi”yə transferinə münasibət bildirib: “Bakı klubunun mövsümlərarası hazırlığında iştirak edəcəyəm. Karyeramı Azərbaycanda davam etdirəcəyimə çox şadam. Bu, karyeramda yeni bir çağırışdır”.