Betao: Bizə qarşı çox yaxşı komanda oynayırdı - MÜSAHİBƏ
21.06.2012 - 17:34
Betao: Bizə qarşı çox yaxşı komanda oynayırdı - MÜSAHİBƏ
Kiyevin “Dinamo” klubunun futbolçusu Betao “Xəzər Lənkəran”la Avstriyada baş tutan yoxlama oyunundan sonra müsahibə verib. Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçiqarşılaşma haqda fikirlərini açqıalyıb.

- Yoxlama oyununda qarşılaşdığınız “Xəzər Lənkəran” ilk matçdakı rəqib – Avstriya “Kimaten”indən daha güclü idi?
- Əlbəttə ki, güclü idi. Bizə qarşı çox yaxşı komanda oynayırdı. Lakin biz də özümüzə xas tərzdə oynadıq. Toplanışın indiki dövründə üstünlük fiziki hazırlığa verilir. Bu üzdən də meydanda yorğunluq hiss olunur. Lakin hazırlığın indiki mərhələsi üçün bu, normal haldır.

- Dözümlülük testi verdikdən 1 gün sonra “Xəzər Lənkəran”a qarşı 90 dəqiqə oynadınız. Bu, çətin olmadı?
- Heç ayaqlarımız hiss etmirdim. Amma bir daha deyim ki, bu normal şeydir. Çempionatın startına yaxşı forma yığacağıq.

- Oyundan əvvəl özünüzü pis hiss edirdiniz. Hətta həkimin də köməyinə ehtiyacımız olmuşdu...
- Səhər yeməyində həddən artıq mürəbbə yemişdim. Buna görə də başım gicəllənirdi.

- “Xəzər Lənkəran”la oyunun ilk yarısını mərkəzdə oynadınız. Sonradan sol cinaha çəkilməyiniz nə ilə bağlı idi?
- Belə yerdəyişmələr təkcə yoxlama oyunları deyil, rəsmi matçlarda da olur. Bu üzdən də “Xəzər Lənkəran”la görüşdə baş verənlərə öyrəncəliyəm. Müdafiənin bütün yerlərində özümü rahat hiss edirəm.