“İnyesta mənə bir az solmuş variantımı xatırladır”
21.06.2012 - 18:36
“Andres İnyestanın oyunu həqiqətən də diqqət çəkir. İspaniya milli komandasının oyunu böyük ölçüdə ondan asılıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri dünya futbolunun əfsanəsi Zinəddin Zidan deyib.
Fransa milli komandasının sabiq üzvü İspaniya yığmasının liderlərindən biri Andres İnyestanın oyununa qiymət verib: “İnyesta hardasa mənim özümü xatırladır. Lakin bir az solmuş şəkildə. KİV İspaniya yığmasını həddən artıq tənqid edir. Məncə onlar yaxşı oynayır. Sadəcə ispaniyalıların rəqibləri bütün komanda ilə müdafiə olunur ki, bu səddi də yarmaq çətin olur”.

0
0