Bülənt Korkmazla Səlcuk Yula AVRO-2012-ni “apasport”da dəyərləndirdi
21.06.2012 - 18:25
Azərbaycanda fəaliyyət göstərən yeganə mərc oyunları operatoru “Topaz” AVRO-2012-nin final mərhələsi ilə bağlı layihəsini davam etdirir. Layihəyə uyğun olaraq, məşhur simaları – “Qalatasaray” və “Fənərbaxça”nın əfsanələrini Azərbaycan KİV-lərinin qonağı edən şirkət bu dəfə onları apasport.az-ın redaksiyasına gətirdi.
Azərbaycan futbolunun təbliği, dünyada tanınması və ölkədə bu idman növünün kütləviləşməsi məqsədi daşıyan layihə çərçivəsində “Cim Bom”un kapitanı Bülənt Korkmaz və 2 dəfə Super Liqanın ən yaxşı bombardiri olan “Fənərli” Səlcuq Yula “Topaz” tərəfdaşı kimi qonağımız olub, suallarımızı cavablandırdı.
Korkmaz öncə səfərlərinin məqsədləri barədə danışdı: “Bildiyiniz kimi, biz ötən həftə də Bakıya səfər etmişdik. Yenə “Topaz”ın dəvətlisi olaraq, paytaxtınıza gəlmişik. Bu qurumun təşəbbüsü çox gözəldir. Türkiyədə “İddia” operatorunun etdiyi kimi burada da “Topaz” Azərbaycan futbolunun inkişafına öz töhfəsini verir. Biz də sizin kimi mətbu orqanların qonaqları olaraq, Avropa çempionatı ilə bağlı öz proqnozlarımızı veririk. Bunun da çox faydalı olduğunu gördük. Buna görə də “Topaz”a təşəkkür etmək lazımdır. Faydanı gələcək illərdə görəcəksiz”.
Sabiq müdafiəçi Avropa çempionatının çox gözəl keçdiyini bildirdi. Onun sözlərinə görə, artıq gözlənilməz nəticələr qeydə alınıb: “Təbii ki, sürprizlər də oldu. Rusiyanın ilk 2 oyunda gözəl çıxışla nəticə qazanmasına baxmayaraq, son turda Yunanıstana uduzaraq, qrupda qalması, bu yığmanın isə çox da yaxşı oynamamağına baxmayaraq, 1/4 finala vəsiqə qazanması buna misaldır. Eyni zamanda, Çexiyanın ilk turda böyük hesabla uduzmasına rəğmən, qrup qalibi kimi mərhələ keçməsi, favoritlərdən olan Hollandiyanın isə xal toplaya bilməməyini də qeyd edə bilərəm. Əslində sürprizlər hər turnirdə olur. Fikrimcə, qarşıdan gələn turnirlər daha gözəl olacaq. Pley-off mərhələsində də sürprizlərinin olacağını düşünürəm”.
Korkmazın fikrincə, gözlənilən Almaniya – İspaniya finalı reallaşa bilər: “Ancaq belə götürəndə ispanları 1/4 finalda Fransa ilə asan olmayacaq görüş gözləyir. Son Avropa çempionlarının Xorvatiya ilə qarşılaşmada qələbəni çətinliklə qazandığını gördükdən sonra, pley-offda necə çıxış edəcəyi məni düşündürdü. Fikrimcə, Fransanın heyətində mərhələ keçə biləcək oyunçular var. Onlar öz yaxşı səviyyələrini göstərə bilsələr, ispanları yenə bilərlər və bu sürpriz olmaz. Amma məncə, Almaniya finala kimi gedəcək”.
Yula da söhbətinə “Topaz”la əməkdaşlıqlarının faydasından başladı: “Mən də “Topaz”ın dəvətlisi olaraq, gəlmişəm. Onlarla tərəfdaşlıqdan çox məmnunam. Həm öz işimizlə bağlı çalışmalar edirik, həm vətəndaşlarımıza, qardaşlarımıza bildiklərimizi çatdırırıq. Qarşıdakı aylarda avrokuboklar, çempionatlar, millilərin seçmə mərhələləri başlayan zamanda da bərabər olacağıq. Həqiqətən burada olmaqdan, gördüklərimizdən çox razıyıq. Əslində, Korkmaz burada 6 ay “Bakı”nı çalışdırdığından burada hər kəsi, hər yeri tanıyır. Hətta redaksiyanıza gələndə də maşını saxlamaqla bağlı Büləntdən faydalandıq. Gördük burada həqiqətən onu yaxşı tanıyırlar və bizə maşını saxlamaq üçün xüsusi yer göstərdilər. Korkmazı burada çox sevirlər”.
“Fənərbaxça”nın sabiq “qol silahı” Avropa çempionatının arxada qalan oyunlarında Korkmazla eyni fikirdə olduğunu bildirdi: “Fərqli deyəcək bir şey yoxdur. İlk matçlar bir az pis başladı və sonrakı 2 turun oyunlarında vəziyyət düzəldi. Önümüzdəki matçlar daha gərgin keçəcək. Fikrimcə, çox böyük sürprizlər olmadı. Nəticələrə baxsaq, 1/4 finalın iştirakçıları arasında Yunanıstanı çıxmaq şərti ilə digərlərin yer alması gözlənilən, normal idi. Almaniya və İspaniya turnirin böyük favoritləridir. Portuqaliya, İngiltərə, İtaliya, Fransa kimi güclü millilər də mərhələ adladılar. Bəlkə 1/4 finala Çexiya və Yunanıstanın yüksəlməsini gözlənilməz saymaq olar. Çünki onlar Rusiya kimi güclü komandanı qrupda saxladılar. Mən bu yığmanı çox bəyənirəm”.
Onun sözlərinə görə, AVRO-2012-yə ən böyük “damğa”nı Hollandiya vurub: “Onlar 1 xal belə toplamadan vətənlərinə döndülər. Digər “damğalar” isə Yunanıstanın cəmi 1 qələbə ilə, o da 1:0-la növbəti mərhələyə çıxmağı, Rusiyanın isə turnirə 4:1 hesablı qələbə ilə başlamasına baxmayaraq, qrupda qalması, Kriştiano Ronaldonun ilk 2 matçda susduğu halda, son görüşdə dubl edərək komandasını 1/4 finala çıxarması oldu”.
Hazırda şərhçi kimi çalışan mütəxəssis hakimlərin idarəçiliyində problemlərin olduğunu deyib: “Təəssüf ki, onlar bu il özlərindən çox “söz” etdirirlər. Bu hələ açılış – Polşa – Yunanıstan matçında oldu. Onda yunanlara düzgün olmayan qırmızı vərəqə göstərdi, penalti verilmədi, qolu sayılmadı. Yəni burada hakimlərlə bağlı müzakirə olunası çox şeylər var. Ancaq Ukrayna – İngiltərə matçında meydan sahiblərinin vurduğu qolun hesaba alınmaması artıq müzakirə məsələsi deyil. Mənim üçün maraqlıdır ki, 5 referi qolu necə görmədi? Bu çox təəccüblüdür. Məsələn, həmyerlimiz Cüneyt Çakır idarə etdiyi oyunda 1 epizodda qərarla bağlı tərəddüd etsə, köməkçisi onu xilas etdi və baş hakim doğru qərar verdi. Ancaq Ukrayna – İngiltərə matçında baş hakimin köməkçiləri də onu xilas etmədilər. Bundan sonra gözəl oyunlar gözləyirik”.

0
0