Yunis Hüseynov: Ümid həmişə var - MÜSAHİBƏ
21.06.2012 - 23:00
İyunun 5-dən Avstriyada Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına hazırlaşan “Xəzər Lənkəran” ikinci yoldaşlıq görüşündə qüvvəsini sınadı. Kiyev “Dinamo”suna 0:2 hesabı ilə uduzan “ağ-yaşıllar”ın çalışdırıcısı qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Əsas məqsədimiz oynamaq idi. Açığı, elə bilirdim “Dinamo”nun əvəzedici komandasıyla qarşılaşacağıq. Çünki ilk 2 görüşdə zəif komandalarla oynamaq istəyirdik. Sonradan biləndə ki, əsas heyətin 5 futbolçusu da oynayacaq, bir az pis oldum. Ona görə ki, bu, mənim planıma uyğun deyildi. Belə də pis olmadı. Oyun məşq prosesinə uyğun şəkildə keçdi. Bəzi taktiki problemlərimiz var, bir az düzgün oynamadıq. Orta xətdəki çatışmazlıqları düzəltmək lazımdır. Ümumilikdə, uşaqlar çalışdılar, normal oyun keçdi.
- Hər halda, Avropa Liqasında zəif rəqib olmur. “Dinamo” ilə matçın təhlilini apararkən, mərhələ keçməyə ümid etmək olar?
- Ümid həmişə var. Tək kiyevlilərlə oyuna görə belə demirəm. Ölkə çempionatı başa çatandan inanıram ki, komandamız mərhələ keçəcək. Bu qarşılaşmadan sonra bir daha gördüm ki, futbolçularımızın gücü var, mərhələ adlamaq gücündəyik.
- “Dinamo” ilə oyundan sonra vaxtilə “Neftçi”nin formasını geyinmiş Mixail Mixaylovla söhbətləşdiz. Nə barədə danışırdız?
- “Dinamo”nun bir neçə futbolçusu ilə maraqlandım. Ondan soruşdum ki, futbolçularını bizə icarəyə verə bilərmi. Mixaylov isə bildirdi ki, bütün futbolçuların klubla müqaviləsi var, mümkün deyil.
- Qarşıdakı 2 yoxlama görüşündəki rəqibləriniz də güclü komandalar sayılır. Rumıniyanın “Vasliu” və Bolqarıstanın “Lokomotiv” klubları ilə oyunlarda qeydə alına biləcək mənfi nəticələr avroliqa öncəsi futbolçularda ruh düşkünlüyü yaratmaz ki?
- Futbolçulara demişəm ki, yoldaşlıq görüşlərində nəticə vacib deyil. Vacib olanı onların düzgün oynamasıdır. Belə qarşılaşmaların nəticəsi heç vaxt hesaba alınmır. Belə şeylərə heç vaxt fikir verməmişəm. 5:0 hesabı ilə qalib gəldik və ya 0:5 hesabı ilə uduzduq, bunlar məni maraqlandırmır. Məni maraqlandıran düzgün oyundur.
- Avropa Liqası üçün iştirak ərizəsini artıq hazır saymaq olar?
- Düşərgədə olan futbolçuların hamısı iştirak ərizəsinə daxil edilib. Bu gün bir futbolçu da düşərgəmizə gələcək.
- Hansı mövqeyə?
- Danimarkada oynayıb, hücumçudur. Yerli çempionatda 12-14 qol vurub. 28 yaşı var. Yaxşı olsa, saxlayacağıq. Bundan əlavə, bir futbolçu da Braziliyadan gəlməlidir. Ayın 24-dək burda olacaq.
- Artıq püşkatma mərasiminə az qalıb. Hansı ölkə təmsilçisi ilə qarşılaşmaq istərdiz?
- Rəqibin elə də fərqi yoxdur. Kimliyindən asılı olmayaraq, çıxıb oynamaq və qalib gəlmək lazımdır.

0
0