“Səhvləri aradan qaldırmaq imkanımız olacaq”
22.06.2012 - 09:08
“Səhvləri aradan qaldırmaq imkanımız olacaq”
"Hər iki matçda meydana çıxmış futbolçular 90 dəqiqə əvəzlənmədən oynadı. Ağır fiziki məşqlərdən sonra hər iki hissəni eyni səviyyədə keçirmək çətin olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun məşqçisi Tərlan Əhmədov deyib.

O, komandasının Türkiyədə keçirilən toplanış çərçivəsində Rusiya “Mordoviya”sı ilə yoxlama oyunu haqda fikirlərini bildirib: “Üstəlik baxışda olan futbolçuları da yoxladıq. Qarşıda daha 2 yoldaşlıq matçımız var. Demək səhvləri aradan qaldırmaq imkanımız olacaq. Çalışacağıq ki, hazırlıqlar bitənə kimi komandanı tam hazır vəziyyətə gətirək".

Qeyd edək ki, Azərbaycan çempionu olan “Neftçi” Rusiyada aşağı dəstənin qalibi olub bu il Premyer Liqaya yüksələn rəqibinə 0:4 hesabı ilə uduzub.