“Foqtsun məsələsini iyunun 27-də İcraiyyə Komitəsinin iclasında müzakirə edəcəyik”
22.06.2012 - 10:15
“Baş məşqçi postumuza 12 namizəd vardı. Onlar arasında yerli və əcnəbi mütəxəssislər yer almışdı. Namizəd kimi 2 nəfər qalıb ki, bunlar Valdemar Fornaliklə Berti Foqtsdur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Polşa Futbol Federasiyasının prezidenti Qjeqoj Lyato deyib. O, təşkilatçısı olduqları Avropa çempionatında qrupda qaldıqdan sonra yollarını ayırdıqları millinin baş məşqçisi Frantişek Jmudanı əvəzləmək istədiyi Azərbaycan millisinin çalışdırıcısı Berti Foqtsun namizədliyini nəzərdən keçirir.
Lyato məsələyə nə vaxt aydınlıq gələcəyini bildirib: “Federasiyamızın İcraiyyə Komitəsinin iyunun 27-də iclası olacaq. Orada Fornaliklə Foqtsun namizədliyini müzakirə edəcəyik. Onda görəcəyik ki, hansı istiqamətdə gedirik”.
2008-ci ilin aprelindən yığmamıza rəhbərlik edən Foqtsun rəqibi 49 yaşlı polşalı mütəxəssisdir. Hazırda yerli “Rux”u çalışdıran Fornalikin işi yaxşı qiymətləndirilir. Belə ki, o, son mövsümdə komanda ilə çempionatının gümüş medalını qazanaraq, Polşa kubokunun finalına kimi irəliləyib. Fornalik komandaların çalışdırıcıları və kapitanların arasında keçirilən sorğuya əsasən ilin ən yaxşı məşqçisi seçilib.
Qeyd edək ki, Almaniya yığmasını 1996-cı ildə Avropa çempionu edən Foqts Azərbaycanla yanaşı, Şotlandiya, Küveyt və Nigeriya yığmalarını çalışdırıb.

0
0