Bolqarıstan klubu Premyer Liqamızın rekordçusunu transfer edir
22.06.2012 - 10:57
“Qəbələ”nin sabiq qapıçısı Pavel Doroşev karyerasını Bolqarıstanda davam etdirməyə yaxındır. Apasport.az saytının məlumatına görə, təcrübəli qapıçı bu ölkənin “Botev” klubunun maraq dairəsinə düşüb. Yüksək liqa təmsilçisi Latviya yığmasının üzvünü keçidini həll etməyə çalışır.
Qeyd edək ki, “Qəbələ”nin ötən mövsümün sonunda yollarını ayırdığı Doroşev uzun müddət çıxış etdiyi çempionatımızda ən uzun “quru seriya”ya malik qapıçı kimi rekordçu olub.
Qeyd edək ki, “Qəbələ”nin ötən mövsümün sonunda yollarını ayırdığı Doroşev uzun müddət çıxış etdiyi çempionatımızda ən uzun “quru seriya”ya malik qapıçı kimi rekordçu olub.
0
0