Messinin komandası dünya yığması ilə heç-heçə oynadı
22.06.2012 - 11:59
Dünyanın ən yaxşı futbolçusu Lionel Messi Kolumbiyada meydana çıxıb. Apasport.az saytının məlumatına görə, bu ölkənin paytaxtı Boqotada Messi dostları və dünyanın yığma komandası arasında yoldaşlıq görüşü keçirilib. Maraqlı matç 6:6 hesabı ilə yekunlaşıb.
Braziliyalı dünya çempionu Dunqanın baş məşqçisi olduğu komandada yer alan Messi 1 qol vurub. Onun komanda yoldaşları arasında həmyerlisi Xavyer Maskerano, dubl edən braziliyalı Robinyo və “Fənərbaxça”nın sabiq legionerləri Dieqo Luqano ilə Andre Santosu qeyd etmək olar.
Fabio Kapellonun çalışdırdığı dünya yığmasında isə tanınmış isimlər karyerasını bitirən Fabio Kannavaro, Fərid Mondraqon, habelə Dieqo Foqlan və Radamel Falkao olub. Son 2 mövsümdə Avroliqanın qalibi və bombardiri olan kolumbiyalı hücumçu yenə qolçuluq bacarığını göstərərək, dubl edib.
Qeyd edək ki, oyundan yığılan bütün pullar xeyriyyəçiliyə sərf olunacaq.

0
0