Millimizin sabiq futbolçusu “Anji”də yeni vəzifə aldı
22.06.2012 - 12:45
Azərbaycan milli komandasının sabiq futbolçusu Narvik Sirxayev yeni vəzifə alıb. Apasport.az saytının məlumatına görə, 38 yaşlı keçmiş yarımmüdafiəçi bu il qayıtdığı “Anji” klubunun Direktorlar Şurasına daxil edilib. Bu qurumun keçirilən yığıncağında 2 yeni üzvünün adlarının təsdiqlənməyi ilə bağlı qərar çıxarılıb ki, bunlardan biri Sirxayev olub.
Qeyd edək ki, Narvik futbolçu karyerasının ən yaxşı illərini keçirdiyi Mahaçqala təmsilçisinə apreldə dönərək, rəhbərliyində yer alıb. O, klubun ofisinin rəhbəri və baş direktorun müavini təyin olunub.

0
0