“Mets”in futbolçusu “İnter”lə müqavilə bağlamağa gəlir
22.06.2012 - 13:40
“Mets”in futbolçusu “İnter”lə müqavilə bağlamağa gəlir
Bakının “İnter” klubu daha bir futbolçunun transferini gerçəkləşdirmək üzrədir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu günlərdə Konqo milli komandasının futbolçusu Brüs Abdulaye ilə müqavilə imzalayacaq.

31 yaşlı müdafiəçi Fransanın “Mets” klubundan gəlir. Son mövsümü bu tanınmış komandada keçirən Brüs müdafiənin sağ cinahında çıxış edir. O, son mövsümdə 23 matçın iştirakçısı olub.

Fransada anadan olan Konqo əsilli müdafiəçi əvvəllər “Qrenobl, “Senart-Moissi”, İsveçrədə “Lozanna”nın formasını geyib. ”2006-11-ci illərdə aşağı dəstələrdə oynayan digər Fransa klubu “Klermon”un aparıcı futbolçusuna çevrilən Abdulaye “Mets”ə də oradan dəvət olunub.

2006-cı ildə Konqo yığmasında oynamaq təklifi alan müdafiəçi kökləri bağlı olduğu Afrika təmsilçisinin şərəfini qorumağa razılıq verib. Həmin vaxtdan Abdulaye Konqo millisində 15 oyuna 1 qol vurub.