Biri itirdi, ikisi qazandı
22.06.2012 - 14:00
UEFA-nın Avropa Liqasına buraxmadığı Çexiya “Siqma”sını əvəzləyən klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bir neçə il əvvəl rəqib komandanı almağa cəhd göstərdiyi üçün belə cəza alan Olomouts təmsilçisinin yaşadığı tale 2 klubu sevindirib.
Belə ki, Çexiya kubokunun qalibi kimi III təsnifat mərhələsindən mübarizəyə başlamalı olan “Siqma”nı yarışın finalında 0:1 hesabı ilə uduzan “Sparta” əvəzləyib. Onsuz da çempionatın gümüş mükafatçısı kimi Avropa Liqasına qatılmalı olan Praqa təmsilçisinin qazancı yalnız o olub ki, II deyil, III təsnifat mərhələsindən oynamağa başlayacaq.
1 mərhələ irəliləyən “Sparta”nın əvəzinə isə “Mlada Boleslav” turnirə vəsiqə əldə edib. Çempionatın 4-cüsü II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Onlar bürünc mükafatçı “Viktoriya” ilə birlikdə iyunun 25-də atılacaq püşk zamanı təmsilçilərimizin II təsnifat mərhələsindəki potensial rəqiblərindən olacaq.

- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0