“Qəbələ”dən Yay Futbol Düşərgələri
22.06.2012 - 14:05
“Qəbələ” klubunun Futbolun Kütləviləşdirilməsi Departamenti 2012-ci il üçün nəzərdə tutulmuş Yay Futbol Düşərgələri proqramına start verib. Apasport.az saytının məlumatına görə, hər il olduğu kimi bu il də məktəblilərin yay tətili zamanı başlanan proqram 3 ay - iyun, iyul, avqust aylarında davam edəcək.
Proqramın birinci ayı Qəbələ şəhər məktəblərini əhatə edəcək. Artıq Qəbələ şəhər 1, 2, 3, 4, 5 saylı tam orta məktəblərinin şagirdləri yay tətili zamanı futbol oynamaqla, məşqlərə qatılmaqla vaxtlarını səmərəli keçirmək imkanı əldə ediblər. Yay Futbol Düşərgələrində 5 yaşdan 13 yaşadək uşaqlar iştirak edə bilər.
İyul ayında proqram Vəndam qəsəbəsində, avqust ayında isə Böyük Əmili stadionunda davam edəcək. Vəndam qəsəbəsində Vəndam 1, 2 və 3 saylı Vəndam tam orta məktəblərinin şagirdləri, Böyük Əmili stadionunda isə Hacallı, Böyük Əmili və Böyük Pirəlli kənd orta məktəblərinin şagirdləri iştirak edəcək.
Qəbələ rayonunun 3 regionunda təşkil ediləcək proqramın ilk həftəsində 5-9 yaş arası uşaqlar, ikinci həftəsində 10-12 yaş arası şagirdlər, üçüncü həftəsində isə əvvəlki iki həftədə fərqlənən oyunçular iştirak edəcəklər.

- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0