Qafqaz Universitetində dünya çempionatının təbliğatı - FOTOSESSİYA
22.06.2012 - 15:38
Qafqaz Universitetində dünya çempionatının təbliğatı - FOTOSESSİYA
Qafqaz Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə “Karyerada ilk addım” adlı Əmək Yarmarkası keçirilib. Apasport.az saytının məlumatına görə, gənclər üçün yeni iş imkanlarının, fərqli karyera proqramlarının təqdim edildiyi sərgidə bir çox müəssisə və təşkilatlarla yanaşı, FİFA U-17 qadınlararası dünya çempionatının Yerli Təşkilat Komitəsi (YTK) də iştirak edib. Orada gənclərə çempionatın təşkilində könüllülük və iş imkanları haqqında məlumat veriblər. Sərgi ziyarətçiləri könüllülük proqramına böyük maraq göstərib və YTK nümayəndələrinə öz suallarını ünvanlandırıblar.

Qeyd edək ki, “Karyerada ilk addım” devizi altında növbəti bundan öncəki tədbirlər Turizm İnstitutunda və Sumqayıt Dövlət Universitetində təqdim edilmiş və FİFA U-17 qadınlararası dünya çempionatının Yerli Təşkilat Komitəsinin nümayəndələri həmin tədbirdə də iştirak etmişdi.

Mənbə: affa.az