“Löv “Real” və “Barselona”ya layiq məşqçidir”
22.06.2012 - 16:17
“Yoahim Löv əla insandir. O, həm qalib gələndə, həm də uduzanda özünü uyğun şəkildə aparır”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya milli komandasının baş məşqçisi Visente del Boske deyib.
Yığmasını 2 il əvvəl dünya çempionu edən mütəxəssis Almaniya yığmasının çalışdırıcısı Yoahim Löv haqda fikirlərini açıqlayıb: “Lövün Almaniyanı əla şəkildə təmsil etdiyini düşünürəm. Onun İspaniya futbolunun nəhəngləri “Real” və ya “Barselona”nın baş məşqçisi olmasına gəlincə isə 1 şeyə əminəm. Buna 100 faizliklə müsbət cavab verərdim. Löv bu 2 klubun böyüklüyünə layiq məşqçidir”.

0
0