Darko Milaniç: “İnter” güclü müdafiə xəttinə malikdir
22.06.2012 - 16:00
“Biz çox maraqlı bir rəqiblə oynadıq. Bakının “İnter” klubu çox güclü müdafiə xəttinə malikdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sloveniyanın “Maribor” klubunun baş məşqçisi Darko Milaniç deyib.
4 ildir bu komandanı çalışdıran mütəxəssis Bakının “İnter” klubu ilə keçirilən yoxlama oyunundakı 1:0 hesablı qələbənin çətinliklə əldə olunduğunu bildirib: “Oyunun əvvəlindən onlar elə sıx oynayırdı ki, meydan bizə dar görünürdü. Bizim uyğunlaşmağımız müəyyən vaxt apardı və təhlükəli epizod yaratmaqda çətinlik çəkdik. İkinci hissədə isə daha yaxşı oynamağı bacardıq. Bunun nəticəsində də qalib gəlməyi bacardıq”.
Qeyd edək ki, futbolçu kimi Serbiyanın “Partizan” (1986-93) və Avstriyanın “Şturm” (1993-2000) klublarında oynamış Milaniç həm Yuqoslabiya, həm də Sloveniya millilərinin şərəfini qoruyub. 42 oyun keçirdiyi Sloveniya millisi ilə AVRO-2000-ə qatılan Milaniç baş məşqçi kimi “Primorye” və “Qoritsa”da çalışıb.

0
0