İtaliya çempionunun Azərbaycan komandasında debütü – FOTO
22.06.2012 - 17:47
“İnter”in baxışa çağırdığı nigeriyalı futbolçu Daniel Ola debüt edib. Apasport.az saytının məlumatına görə, “bankirlər” “Latsio”nun heyətində İtaliya çempionluğu və Superkuboku qazanan legioneri Avstriyadakı təlim-məşq toplanışında Sloveniyanın “Maribor” klubunda sınayıb. Baş məşqçi Kaxaber Sxadadze 31 yaşlı müdafiəçiyə start heyətdə yer verib. O, ilk dəqiqələrdən Georgi Lomaya, Valeri Abramidze, Vladimir Levin, Arif Daşdəmirov, İlya Kandelaki, Slavço Georgiyevski, Petar Zlatinov, Asif Məmmədov, Georgi Adamiya və Baçana Sxadadzeni meydana buraxıb. Sxadadze fasilədən sonra isə Revaz Tevdoradze, Fərid Həşimzadə, Tales Şütz, İbrahima Niasse və Ruslan Əmircanova şans verib.
Komandamızın oyunda qol vurmaq üçün real qol imkanı olub. Bu, 43-cü dəqiqədə Adamiya və Məmmədovun səyləri nəticəsində yaransa da, “Maribor”un futbolçusu qola imkan verməyib. 53-cü dəqiqədə isə rəqib oyunçu Rayko Rep hesabı açaraq, qələbə topunun müəllifi olub – 1:0.
Sloveniyalılar oyundan sonra futbolçuları Mitje Vilerjanın ciddi zədələnməyinə üzülüb. Belə ki, xəstəxanaya aparılan “Maribor”un oyunçusunun uzun fasilədən sonra meydana qayıdacağı məlum olub. Bu da onun sol ayağının qırıldığından, gipsə düşməyi və 5 həftəlik sıradan çıxmağı ilə bağlıdır.

0
0