UEFA-dan “Fənərbaxça”ya müjdə
22.06.2012 - 17:50
”Fənərbaxça” klubu UEFA-dan xoş xəbər alıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, adı danışılmış oyunlarda hallandırılan son vitse-çempion növbəti mövsümdə Çempionlar Liqasında çıxış edə biləcək. Bununla bağlı UEFA-nın Varşavadakı iclasında qərar çıxarılaraq, Türkiyə Futbol Federasiyasına (TFF) və kluba göndərilib. Artıq “Fənərbaxça” qərarla bağlı rəsmi açıqlama yayıb.
TFF məsələ ilə bağlı araşdırmasında danışılmanın məsələsinin meydana aid olmamağı ilə bağlı nəticə çıxardaraq, dosyeni UEFA-ya göndərmişdi. Uzun müddətdir bunu nəzərdən keçirən qitə futbol qurumunun hansı qərar çıxaracağı maraqla gözlənilirdi. UEFA dosyelərdə bir qüsur tapmadığından, cəza verməyib və bununla da komandanın ÇL-də çıxış edəcəyi dəqiqləşib.

0
0