Fatih Kavlak: Azərbaycana pul üçün gəlirlər - MÜSAHİBƏ
22.06.2012 - 23:01
“Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlakın apasport.az saytına müsahibəsi
- Transfer çalışmaları ilə bağlı hansı yeniliklər var?
- Danışıqlar yekunlaşmaq üzrədir. İstədiyimiz 3 oyunçunu transfer edəcəyik. Ola bilsin bu gün və ya sabah müqavilə imzalayaq.
- Aralarında həmyerliniz varmı?
- Futboçular Avropa ölkələrindən və Türkiyədəndir.
- Danışıqlar prosesinin bu qədər uzanması nə ilə bağlıdır?
- Onlar qərarlarını qətiləşdirməlidirlər. Azərbaycana gələcəkləri üçün bir qədər düşünürlər. Həm karyeraları ilə bağlı, həm də yeni bir ölkəyə ayaq açacaqlarına görə. Çünki ölkənizlə bağlı onlar elə də məlumatlı deyillər. Amma danışıq prosesi elə də uzun çəkmədi. Onlarla bir qədər əvvəldən danışıq aparmışıq. Yenə deyirəm, qərarlarını gözləyirik.
- Necə futbolçu transfer edəcəksiz?
- 3. Biri qapıçı, digər ikisi müdafiəçi olacaq.
- Polşa yığmasının sabiq qapıçısı Marius Pavelekin məsələsi qapandımı?
- Bəli, onunla danışıqlarımız oldu. Amma qapıçı ailə problemlərini əsas gətirərək, “Qəbələ”yə gəlməkdən imtina etdi.
- Bəs indi danışıq apardığınız qapıçı hansı klubdan gələcək?
- Transfer tam həll edildikdən sonra açıqlama verəcəyik. Çünki polşalı qapıçını dedik, amma keçidi alınmadı. Ona görə də indidən ad açıqlamağım düzgün olmaz. Məsələ dəqiqləşsin, ondan sonra deyəcəyik. Bəlkə sabah müqavilə imzaladıq. Onda açıqlama verə bilərik.
- Azərbaycana gələcəkləri üçün düşünürlər dediniz. Bunu necə başa düşək, onlar bunu geriyə addım kimi qiymətləndirirlər?
- Xeyr, bu cür düşünmürlər. Sadəcə, tanımadıqları, fərqli ölkəyə gələcəklər. Bu üzdən bir qədər düşünmək istədilər. Yoxsa, niyə geriyə addım olsun ki? Bu onların işidir. Bura pul qazanmağa gəlirlər. Özləri üçün qətiləşdirmək istəyirlər ki, dəyərmi, dəyməzmi?
- Yeni futbolçuları iş başında izlədiniz, yoxsa menecerlərin təklifidir?
- İş başında deyil, disklər vasitəsilə izlədim. Yəni konkret epizodlardan yığılmış DVD-ni yox, oyunun tam diskinə baxdım. Canlı izləyə bilməmişəm.
- Bəzən onlar yeni klubların ən yaxşı oyunlarının disklərini göndərirlər ki, bu da sonradan problem yaradır.
- Canlı izləmək üçün vaxtımız olmadı. Çünki onların liqaları da bizim çempionatla eyni vaxtda başa çatır.
- Köməkçilərinizi həmin oyunlara göndərmək olmazdımı?
- Olardı. Ancaq transferini nəzərədə tutduğumuz bəzi oyunçuların keçidi alınmadı. Biz də fasilədə 40-a yaxın futbolçunun oyunlarını izləmişik. Təsəvvür edin, bu qədər futbolçunu iş başında necə izləmək olar? Üstəlik, futbolçu haqda bir oyuna baxmaqla qərar vermək olmur. Amma bu gün keçidini nəzərdə tutduğumuz futbolçuların hər birinin 7-8 oyununa baxmışam. İnşallah, seçimimizdə yanılmayacağıq. Kamananı da alan vaxt oyununu gedib izləməmişdik. Eləcə də Viktor Mendi və Dodo olsun. Bu gün onlar etimadları doğruldurlar və yanlış qərar vermədiyimizi ortaya qoydular.
- Bu gün yaxşı qapıçı tapmaq da özlüyündə çətindir. Sabit oyunu ilə seçilən Pavel Dorosevsi saxlamaq olmazdımı?
- Onun getməsini mən istədim. Yeni mövsümə yeni qapıçı ilə başlamaq istəyirik. Gedənlər üçün tək-tək danışmaq istəmirəm. Fərqli atmosferdə başlamaq istəyirik. Klub rəhbərliyi də bu istiqamətdə işlər görür.
- “Turan”a icarəyə verdiyiniz Anar Nəzirov geri döndü. Onun çıxışını necə dəyərləndirirsiz?
- Onu oyun təcrübəsi toplamaq üçün icarəyə vermişdik. Məncə, daha yaxşı olacaq. Bu gün iki qapıçımız var: Anar Nəzirov və Elnar Kərimov. Daha bir qolkiper aldıqdan sonra aralarında rəqabət artacaq.
- Yeni mövsümdə də gənclərə şans verəcəksizmi?
- Bildiyiniz kimi, yeni mövsümdə hər komandanın heyətində bir nəfər 1992-ci il təvəllüdlü futbolçu meydanda olmalıdır. Əslində biz bu işə ötən mövsümdən başlamışıq. Urfan Abbasovu mütəmadi oynatdıq. 19 yaşlı Amil Yunanov və 18 yaşlı Seymur Əsədova şans verdik. Yəni biz bu işə başlamışıq.
- Sonda Avropa çempionatı ilə bağlı fikrinizi oyrənmək istərdik. Oyunları izləyirsizmi?
- Bütün oyunlara baxa bilməmişəm. Çünki vaxtımı daha çox heyətimizə qatacağımız futbolçuların oyunlarını izləməyə yönəltmişəm.
- Favoritiniz hansı komandadır?
- Almaniyanın çempion olacağını düşünürəm. Düzdür, yaxşı başlamadılar. Bununla belə 9 xal toplamağı bacardılar. Pis oynadıqları halda 9 xal toplayıblarsa, oyunlarını tapdıqdan sonra daha güclü olacaqlar.

0
0