Millimizin futbolçusu Superliqada
23.06.2012 - 10:17
Millimizin futbolçusu Superliqada
Azərbaycan milli komandasının futbolçusu Ufuk Budakın karyerasını davam etdirəcəyi klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, milliləşən legionerimiz karyerasını Türkiyənin Superliqasında davam etdirəcək.

Türk əsilli almaniyalı futbolçu “Əskişəhərspor” klubuna keçib. 22 yaşlı yarımmüdafiəçi “qara-qırmızılarla” 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Budak bunadək Almaniyanın “Frayburq” klubunun 2-ci komandasında oynayırdı.