Əvvəl Xorvatiya yığmalarında, indi “Xəzər Lənkəran”da
23.06.2012 - 14:39
Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” daha 1 futbolçunu düşərgəsinə dəvət edib. Apasport.az saytının məlumatına görə, bu gün komandaya qoşulacaq legioner xorvatiyalı Qoran Mujanoviçdir.
29 yaşlı hücumameylli yarımmüdafiəçi son mövsümü “Slaven” klubunda çıxış edib. Bu komandada 7 nömrəli formanı daşıyan Qoran 1998-2005-ci illərdə Xorvatiyanın aşağı yaş qruplarından olan bütün yığmalarda oynayıb. U-15, U-16, U-17, U-18, U-19, U-20 və U-21-də oynamış futbolçu yalnız əsas komandada debüt edə bilməyib.
Xorvatiya çempionatında 234 oyuna 40 qol vuran futbolçu vətənində “Pomoraç”, “Varteks” və “Slaven”in şərəfini qoruyub. 2002/03 mövsümündə “Pomoraç”da 29 oyuna 3 qol vuran Qoran ardınca “Varteks”də fasilə ilə 7 mövsüm oynayıb.
Əslində, 11 yaşından “Varteks”də futbolun sirlərinə yiyələnməyə başlayan futbolçu “Pomoraç”a da icarə əsasında keçib. Geri qayıtdıqdan sonra isə 140 qarşılaşmada 32 qol vurub. 2008/09 mövsümündə 11 qolla klubunun bombardiri olub.
Həmin mövsümün ümumi bombardirlər cədvəlində 10-cu olan yarımmüdafiəçi məşhur Mario Manjukiçdən 6 qol geri qalıb.
“Varteks”də oynadığı müddətdə Belçika “Lyers”inə keçən Mujanoviç 2005-ci ilin payızından 2007-ci ilin əvvəllərinədək orada çıxış edib. Legioner həyatı zamanı 34 oyuna çıxan xorvatiyalı 3 qola imza atıb.
Son 2 mövsümdə isə “Slaven”də oynayan Qoran 53 matçda meydana çıxıb. Bu matçlarda 5 qola imza atıb.

0
0