“Xəzər Lənkəran” – “Vaslui” oyununun vaxtı dəyişdirildi
24.06.2012 - 14:56
“Xəzər Lənkəran” – “Vaslui” oyununun vaxtı dəyişdirildi
Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın bu gün keçirəcəyi yoxlama oyununun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin Rumıniyanın “Vaslui” klubu ilə qarşılaşmasının başlama saatı dəyişikliyə məruz qalıb.

Belə ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Hərçənd əvvəlcədən görüş 1 saat tez – 20:00-da başlamalı idi. Oyunun başlama vaxtının dəyişdirilməsinə səbəb canlı yayımla bağlıdır. Rumıniya və Azərbaycan vitse-çempionlarının qarşılaşması Şərqi Avropa ölkəsində yayımlandığından belə addım atılıb.