“Qəbələ”ni məğlub etdi, kubok qazandı
01.07.2012 - 10:00
Portuqaliyada keçirilən beynəlxalq IBERCUP-2012 turnirindəki çıxışını 1/8 final mərhələsində dayandıran “Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Slovakiya klubu “Slovan” (Bratislava) ilə üz-üzə gələn təmsilçimiz görüşdən sülhlə ayrılıb – 1:1. Qəbələlilərin yeganə qoluna Təbriz İsazadə imza atıb.
“Qəbələ”ni turnirin 1/8 final mərhələsindən kənarlaşdıran, ardından isə ¼ finalda “Yuventus”u (İtaliya) 1:0, yarımfinalda “Nautico”nu (Braziliya) 4:1 və finalda isə “Sevilya”nı (İspaniya) 6:1 hesabı ilə məğlub edən “Vilyarreal” IBERCUP-2012-nin qalibi olub.

0
0