“Kavlakı Türkiyədə yox, Azərbaycanda tanımışam” - MÜSAHİBƏ
02.07.2012 - 23:01
“Qəbələ” klubunun yeni transferi Muammer Erdoğdunun apasport.az saytına müsahibəsi
- “Qəbələ”yə transferiniz necə alındı?
- “Qəbələ”lə yaxşı komandadır. Ona görə də onların təklifini fikirləşmədən qəbul etdim.
- Əvvəlcədən sizinlə əlaqə saxlamışdılarmı?
- Transfer anidən oldu. Heç gözləmədiyim anda bu komandadan transfer təklifi aldım. Artıq iddialı klublarda oynamağın zamanı gəldiyini düşünürəm. Çünki indiyə qədər ikinci “altılıq”dakı komandalarda oynadım və lazımi təcrübəni topladım. Bu dəfə güclü kluba üz tutmaq lazım idi.
- Belə çıxır ki, təklif sizin üçün sürpriz oldu?
- Mövsüm başa çatdıqdan sonra bütün futbolçular istirahətə yollandı. Mən də həmçinin. Eyni zamanda “Turan”la müqaviləm başa çatdığından azad agent idim. Tətildən döndükdən sonra keçid rəsmiləşdi. Həm də futbolçunun sabah hansı klubda oynayacağı dəqiq deyil. Əvvəl “Turan”da idim, sonra “Qəbələ” variantı ortaya çıxdı. Niyə də olmasın? Artıq vaxtdır. Tam sürpriz deməzdim.
- Transferin baş tutmasında Fatih Kavlakın həmyerliniz olmasının rolu oldumu?
- Məncə, bu daha çox futbolla bağlıdır. Mənim Türkiyədən olmağım heç də aparıcı rol oynamadı.
- Kavlakla əvvəllər münasibətiniz var idi?
- Tanıyırdım, bilirdim ki, əvvəllər “Qarabağ”da işləyib. Daha sonra isə “Qəbələ”nin baş məşqçisi olduğunu bilirdim.
- Türkiyədə olduğunuz müddətdə onunla nə vaxtsa yollarınız kəsişibmi?
- Xeyr, onu Türkiyədə yox, Azərbaycanda tanımışam.
- Bir müddət əvvəl Kavlakın müdafiəçi axtarışında olması ilə bağlı açıqlaması var idi. O, həmin futbolçuların Türkiyə və Avropanın başqa çempionatlarında çıxış etdiyini qeyd etmişdi. Amma keçidiniz həqiqətən də gözlənilməz oldu...
- Bəli, keçidim anidən oldu. Təklif alan kimi, dərhal dəyərləndirdim.
- Müqavilə neçə illikdir?
- Bir il müddətinə nəzərdə tutulub. Özüm belə istədim.
- Hazırlıq necə gedir?
- Komanda 4 gündü hazırlığa start verib. Əsasən fiziki planda çalışmalara üstünlük veririk. Təxminən 10 gündən sonra təlim-məşq toplanışı keçirmək üçün Sloveniyaya yollanacağıq. Hələlik hər şey qaydasındadır.
- Keçidinlə “Qəbələ”nin müdafiə xəttini güclənmiş hesab etmək olarmı?
- İnşallah, müdafiənin daha da gücləndiyini və problem yaşamayacağımızı düşünürəm. Həm də bu suala baş məşqçi daha yaxşı cavab verə bilər.
- İddialı komandalarda oynamağın zamanı gəldiyini dediniz. Özünü mükafatlar uğrunda mübarizə aparan komandada oynamağa hazır sayırsanmı?
- Artıq kifayət qədər təcrübə yığmışam. Bu da iddialı komandalarda forma geyinməyimə əsas verir. Məncə, hansısa problem olmayacaq.
- “Qəbələ”nin hədəfi çempionluqdur. Məqsədə nail olmaq mümkündürmü?
- Klubda qarşıya qoyulan məqsədə uyğun olaraq işlər də görülür. Bütün transferlər, hazırlıq planı buna uyğun qurulub. Heyətimiz də kifayət qədər güclüdür. Yaxşı komanda formalaşdırılacağına inanıram.
- 2008-ci ildən ölkəmizdə çıxış edirsiniz. Karyeranızı Türkiyədə davam etdirmək haqda düşünmürsünüz?
- Mənim Vətənim Azərbaycandır. Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Burada özümü əcnəbi hesab etmirəm. Yeganə problem oynamaqla bağlıdır.
- Nişanlı olduğunuzu bilirik. Bəs toy nə vaxtdır?
- İnşallah, gələn il evlənəcəyik.
- Nişanlını Azərbaycana gətirmək haqda düşünürsən?
- Evləndikdən sonra mütləq gətirəcəm.

0
0