Ramin Musayev daha 4 il prezident postunda
03.07.2012 - 14:05
Bu gün Peşəkar Futbol Liqasında (PFL) prezident seçkisi keçirilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında təşkil edilən tədbir saat 14:00-da başlayıb.
Seçkilərdə AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərləri iştirak ediblər.
Gözlənildiyi kimi, qurumun hazırkı başçısı Ramin Musayev yeganə namizəd olduğundan yenidən bu vəzifədə fəaliyyətini davam etdirəcək. Bu, jurnalistlər üçün qapalı keçirilən səsvermədən sonra rəsmiləşib.
Qeyd edək ki, 2008-ci ildə yaradılan PFL-də prezident 4 illik müddətə seçilir.

- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0