Ronaldonun 2 qol vurduğu qapıçı “Bakı”da
03.07.2012 - 12:11
“Bakı” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqası ərəfəsində heyətini gücləndirən “zolaqlılar” kiprli qapıçı Antonis Georgallideslə anlaşıb.
1999-2006-cı illərdə “Anartosis”, son 6 ildə isə “Omoniya”da çıxış edən qolkiper karyerasında ilk dəfə legioner həyatı yaşayacaq.
Kipr millisinin qapıçısı olan Antonis AVRO-2012-nin seçmə mərhələsində 7 oyun keçirib. Bu qarşılaşmalarda qapısından 17 qol buraxıb. Həmin qollardan 8-ni Portuqaliya yığması vurub: 4:4 və 0:4. Son oyunda qollardan ikisini məşhur Kriştianu Ronaldo vurmuşdu.

0
0