“İnter” üçün “Akva”
04.07.2012 - 08:46
Sloveniyada təlim-məşq toplanışını başa vuran "İnter" iyulun 3-də Estoniyaya yollanıb. Apasport.az saytının məlumatına görə, Balkan yarımadasından Tallin hava limanına gələn komanda sonradan Rakvere şəhərinə yola düşüb. "Akva" otelində məskunlaşan "İnter" oyunöncəsi məşqə də çıxıb.
Qeyd edək ki, Avropa Liqasının birinci təsnifat mərhələsində "İnter" Estoniyanın "Trans"(Narva) komandasıyla qarşılaşacaq. Oyun iyulun 5-də Bakı vaxtıyla 20:30-da başlayacaq.
Qeyd edək ki, Avropa Liqasının birinci təsnifat mərhələsində "İnter" Estoniyanın "Trans"(Narva) komandasıyla qarşılaşacaq. Oyun iyulun 5-də Bakı vaxtıyla 20:30-da başlayacaq.
0
0