İqor Prins: “Xəzər Lənkəran” favoritdir
04.07.2012 - 18:15
“Xəzər Lənkəran” favoritdir. Biz onlarla müdafiə futbolu oynayacağıq”. Apasport.az saytının məlumatına görə, bunu Estoniyanın “Nomme Kalyu” klubunun baş məşqçisi İqor Prins deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər Lənkəran”la baş tutacaq oyun öncəsi mətbuat konfransı keçirib. O, Lənkəran təmsilçisi haqda geniş məlumatlarının olmadığını deyib: “Biz buraya yaxşı nəticə üçün gəlmişik və bacardıqca yaxşı oynayacağıq ki, Tallindəki cavab oyununda şansımız qalsın. “Xəzər Lənkəran”da 4-5 milli komanda üzvü olduğunu bilirik. Klubda Rumıniyadan, Braziliyadan legionerlər var. Ümumi məlumata malikik. Tixon Şişov da burda oynayıb ki, ondan da müəyyən məlumat aldıq. Amma o oynayan vaxtdan çox keçib. Kimin mərhələ keçəcəyi gələn həftə bilinəcək”.
Prinsin sözlərinə görə, yetirmələri matça psixoloji cəhətdən də hazırdır: “Bilirəm ki, “Xəzər Lənkəran”ı güclü azarkeş ordusu dəstəkləyəcək. Komandamızın psixoloji cəhətdən çətinlik çəkəcəyinə inanmıram”.
Qeyd edək ki, “Xəzər Lənkəran” - “Nomme Kalyu” matçı sabah keçiriləcək.

- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0