“İnter” Avropada 3-cü nəticəyə imza atdı
06.07.2012 - 08:56
Bakının “İnter” klubu Avropada 3-cü nəticəyə imza atıb. Apasport.az saytının məlumatına görə, “bankirlər”in Avroliqada Estoniyanın “Trans” klubunu səfərdə 5:0 hesabı ilə məğlub etməyi Avroliqada I təsnifat mərhələsinin ilk oyunları arasında 3-cü böyük hesablı qələbə olub. Ən böyük darmadağına İsveçin “Elfsborq” klubu imza atıb. O, Maltanın “Floriana” klubunun qapısına 8 cavabsız top vurub. 2-ci belə nəticə isə hələ iyulun 3-də reallaşmışdı. “Qomel” də “İnter” kimi səfərdə oynayaraq, Farer adalarının “Streymur” klubu üzərində 6:0 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, “İnter”in bu qələbəsi nəinki özünün, ümumiyyətlə, avrokuboklar tariximizdə ən böyük hesablı oldu.
Qeyd edək ki, “İnter”in bu qələbəsi nəinki özünün, ümumiyyətlə, avrokuboklar tariximizdə ən böyük hesablı oldu.
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
- Duşan Tadiç NEC-lə razılaşdı – 2 illik müqavilə
- “Nyukasl” rekord transferini icarəyə göndərir – Voltemade "gözdən çıxarıldı"
0
0