PFL 500 min manatlıq təklifinə cavab gözləyir
06.07.2012 - 15:18
Bu gün Peşəkar Futbol Liqası 2012/13 mövsümündə Premyer Liqa və ölkə kuboku oyunlarının yayımı hüququnun satılması ilə bağlı tender keçirib. Apasport.az saytının məlumatına gör, tenderdə PFL-nin prezidenti Ramin Musayev, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və Texniki İdman Şöbəsinin rəhbəri Məlik Həsənovla yanaşı, “İdman Azərbaycan” televiziyasından Elsevər Dünyamalıyev ilə “Xəzər” televiziyasından İbrahim Ünlübostan iştirak ediblər.
Bir illik yayım hüququnun qiymətinin 500 min manatı dəyərində müəyyən olunduğu tender 2 saatdan artıq davam edib. PFL-nin şərtləri ilə tanış olan televiziya kanallarının nümayəndələri bir həftə ərzində təklifə cavab verəcəklərini bildiriblər.
Mənbə: pfl.az

- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
- Duşan Tadiç NEC-lə razılaşdı – 2 illik müqavilə
- “Nyukasl” rekord transferini icarəyə göndərir – Voltemade "gözdən çıxarıldı"
0
0