Maluda Braziliyaya gedir
07.07.2012 - 00:06
"Çelsi"nin formasını geyinən Floran Maluda London klubundan ayrılmağa hazırlaşır. Apasport.az saytının xəbərinə görə, bir çox klubun hədəfində olan 32 yaşlı fransalı Cənubi Amerikaya üz tuta bilər.
Ötən mövsüm daim start heyətində yer almayan Maluda bu durumdan razı deyil və müqaviləsinin bitməsinə 1 il qalmış komandanı tərk etmək istəyir. "Çelsi"inin onu 3 milyon avroya satmağa hazır olduğu bildirilir. Artıq Maludanı heyətində görmək istəyən klubun adı da bəllidi. "The Sun"un xəbərinə görə, təcrübəli futbolçunu Braziliyanın "Vasku da Qama" klubu transfer etmək istəyir.
Bu klubla yanaşı, "Palmeyras"ın başına keçən "Çelsi"nin sabiq baş məşqçisi Luis Felipe Skolarinin də onu sərəncamında görmək istədiyi bildirilir.
"Çelsi" Maludanı 2007-ci ildə "Olimpik"dən (Lion) 13 milyon avroya trnasfer etmişdi. Bundan əvvəl "Çelsi"ini Droqba, Kalu, Bosinqva tərk edib.

0
0