Şota Arveladze: Qoy, Sxadadze mənə zəng etsin
07.07.2012 - 10:41
“Kayserispor”un gürcü baş məşqçisi Şota Arveladze azərbaycanlı jurnalistlər üçün brifinq keçirdi. “Ayaks”nın və Gürcüstan yığmasının sabiq hücumçusu apasport.az saytının suallarını cavablandırdı.
- İlk olaraq Azərbaycana səfərinizlə bağlı fikirlərinizi öyrənmək istərdik...
- Azərbaycanda 2-ci dəfə oluram. Əvvəl SSRİ dövrü idisə, indi müasir Bakını görürük. O, tam başqa cür, çox gözəl şəhər olub. Bu, əvvəl gördüyüm Bakı deyil. Elə bil ki, yeni ölkənin yeni paytaxtına gəlmişəm.
- Azərbaycanda keçiriləcək dünya çempionatının final mərhələsinin püşkatmasında iştirak etdiniz. Bu, sizdə hansı təəssüratlar oyatdı?
- Tədbir yüksək səviyyədə keçirdi. Açığı, qadın futbolunda vəziyyətlə tanış olmadığımdan, dünya çempionatı haqda bir şey deyə bilmərəm. Ancaq indi qızların da futbol oynamağı xoşdur və bu, əlbəttə ki, dəyişiklikdir. Biz onlara kömək etməliyik. Həm Azərbaycanda, həm də Gürcüstanda istedadların üzə çıxarılmasına yardımçı olmalıyıq. Bu işə artıq bir müddətdir başlayan Azərbaycanı dəstəkləyirəm.
- Bəs sizdə qadın futbolunda vəziyyət necədir?
- Gürcüstanda qadın futbolu demək olar yox vəziyyətindədir. Bizdə ənənələr həmişə qadınların idmanla peşəkar səviyyədə məşğul olmağına mane olub. Yəqin ki, bu, sizin üçün də yenilik deyil. Qafqazda kişilər ailə həyatı qurduqları qadınlara fərqli yanaşır. Qadınlar ilk növbədə həyat yoldaşı, uşaqların anası, evin xanımı rolunu oynayır.
- Ancaq idmanla məşğul olan qadınlar az deyil...
- Elədir. Futbolla məşğul olmaq fiziki durumda da asılıdır. Bu baxımdan qadınlar kişilərdən fərqlənir. İndi vəziyyət dəyişirsə, Azərbaycanda dünya çempionatı keçiriləcəksə, həm sizə, həm də bizə qadın futbolunu inkişaf etdirmək üçün böyük imkanlar verəcək. Gürcüstan da bu praktikadan faydalana bilər.
- Çempionlar Liqasında komandalarımız – “Neftçi” ilə “Zestafoni” bir-biri ilə düşüb. Bu oyundan gözləyirsiniz?
- “Zestafoni” son illərdə çox sabit oynayır. Onlar ötən mövsüm də Çempionlar Liqasında oynayırdılar, sonradan qatıldıqları Avroliqada qrup mərhələsinə düşməyin bir addımlığına idilər. Çempionumuz çox sabit, yaxşı komandadır. Fikrimcə, bu dueldə ilk növbədə dostluq qalib gələcək.
- Ölkəniz Azərbaycanla birgə 2020-ci il Avropa çempionatını birgə keçirmək üçün UEFA-ya namizədliyini verib. Bizim birgə istəyimizə çatmaq şansımızı necə dəyərləndirirsiniz?
- Biz bir neçə gün öncə mübariz aparmaq hüququnu verdilər. Eyni zamanda, 2015-ci ildə UEFA Superkubokunun Gürcüstanda keçirilməyi ilə bağlı qərar verildi. 10 gün öncə Tiflisdə elit-mərhələnin oyunları keçirildi. Bunu da almaq üçün haradasa 10 il əziyyət çəkdik. 19 yaşlılardan ibarət yığmamız Avropa çempionatının final mərhələsinə çıxaraq, 3-cü yeri tutdu. Fikrimcə, bizim Avropa çempionatını keçirmək üçün hər şeyimiz – pulumuz, istedadımız və əlbəttə ki, imkanımız var. Buna nail olmağımız əla olardı. Əgər UEFA Azərbaycanla Gürcüstana şans versə, təşkilatı məsələlərdə bunun öhdəsində gələ bilərik.
- Dostunuz Kaxaber Sxadadze Avroliqanın I təsnifat mərhələsində Estoniyanın “Trans” klubunu səfərdə 5:0 hesabı ilə məğlub etməklə, növbəti mərhələyə keçmək vəzifəsini demək olar yerini yetirdi. Ona zəng edib, təbrik etmisiniz?
- Bunu hələ etməsəm də, Sxadadzenin komandasının çıxışı, qazandığı uğurlarla daim maraqlanıram. Bir müddət öncə “İnter”intəlim-məşq toplanışında olduğum zamanı yoxlama oyunlarını izlədim, hətta məşqçilər və texniki heyətlə futbol oynadım. Biz daim ünsiyyətdəyik, dostluq edirik. Əlbəttə, Sxadadze mənə lazımı informasiya, yaxud məsləhətlə bağlı müraciət etsə, ona kömək edəcəyəm. Qoy, o, mənə zəng etsin.
- Azərbaycandan təklif almısınız? Burada işləmək istərdiniz?
- Azərbaycandan təklif almamışam. İki il öncə Türkiyənin “Kayserispor” klubu ilə müqavilə imzalamışam. Orada işimdən razıyam. Uzun illərdir Türkiyədəyəm, türk dilini yaxşı bilirəm.
Mehman SÜLEYMANOV

0
0