“Biz Azərbaycanda sadəcə, topa zərbə vurmağa hazırlaşmırıq”
07.07.2012 - 11:42
Qambiyanın 17 yaşadək qızlardan ibarət yığma komandasının baş məşqçisi Buba Jallou Azərbaycandakı dünya çempionatının püşkatmasından sonra iddialı danışıb. Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisinin çalışdırıcısı ölkəmizə turist kimi gəlmək fikrində deyil. O, kuboku vətənlərinə aparmağı hədəfə alıb: “Biz Azərbaycanda sadəcə, topa zərbə vurmağa hazırlaşmırıq. Biz burada qalib gəlmək fikrindəyik. Rəqabətə hazırıq və yeganə məqsədimiz turniri qazanmaqdır. Rəqiblərimizin kim olmağı vacib deyil. Çünki meydanda 11 nəfərlə 11 nəfərlə mübarizə aparacaq. Məqsədimiz dünya çempionuna verilən kuboku geriyə - Qambiyaya aparmaqdır”.
0
0